Previous Next

"Gənclər zərərli vərdişlərə yox deyir !"

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə "Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək" adlı layihəsi çərçivəsində 25 oktyabr 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Heydər Əliyev adına lektoriyada Kimya və Biologiya fakültəsinin rəhbərliyi, müəllim, tələbə heyyətinin iştirakı ilə "Gənclər zərərli vərdişlərə yox deyir !"adlı konfrans keçirildi.
Konfransı giriş sözü ilə Kimya və Biologiya fakültəsinin dekanı dos.Elnarə Mehbalıyeva açdı .Mövzu ilə bağlı ətraflı məlumat verərək bildirdi ki,ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli fərmanında öz əksini tapmaqla ,sosial -iqtisadi sabitliyin təmin edilməsi insanların sağlamlığının, rifahının və mənəvi -əxlaqi dəyərlərinin qorunması narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.Elnarə xanım həmçinin bildirdi ki,bu strateji kurs hal -hazırda da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə həyata keçirilir.
Daha sonra çıxış üçün söz tədbirin layihə rəhbəri Müqamət Əliyevə verildi.O da çıxışında bildirdi ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanın son dərəcə mürəkkəb ictimai təhlükəli hadisəsidir.Onun vurduğu saysız hesabsız ziyanın həcmi çox böyükdür və praktik olaraq heç bir ölçüyə sığmır.Çünki bu , narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan , cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi genefondun pisləşməsi və bir çox digər hallara səbəb olur.

Search