Analitik və Üzvi kimya kafedrası 2017-ci ildə Analitik və fiziki kimya kafedrası ilə Üzvi kimya və kimya texnologiyası kafedrasının bazası əsasında təşkil olunub. Kafedraya professor Əli Zalov rəhbərlik edir. Üzvi kimya və kimya texnologiyası kafedrası Ümumi kimya kafedrasının bazası əsasında 1966-cı ildə təşkil edilmişdir. Kafedraya dos. Əbdülməcid Rzayev (1966-1972), prof.İsmayıl Hüseynov (1972-1979), prof. Rafiq Ələkbərov (1979-2004), dos.Vaqif Həsənov (2004-2011), dos. Rəfiqə Məmmədova (2011-2017) rəhbərlik  etmişlər. Kafedranın nəzdində fəaliyyət göstərən“Yeni bioloji aktiv birləşmələr” Elmi-Tədqiqat laboratoriyasına 1989-2010-cu illərdə dos. Vaqif Həsənov, 2011-2019-cu illərdə dos.Rəhimə Məmmədova rəhbərlik etmişdir. Kafedranın əməkdaşlarından Əməkdar müəllim fəxri adı dos. Əbdül Rzayevə (2012)  və dos.Vaqif Həsənova (2021) verilmiş,  dos.Vaqif Həsənov “Tərəqqi” medalı (2012) ilə təltif edilmişdir. Kafedranın dosentləri Vaqif Həsənov, Rəhimə Məmmədova, Məhsəti Mirzəyeva, Rəfiqə Məmmədova ixtiralar üçün Müəlliflik Şəhadətnamələri və Milli Patentlər almışlar. Analitik və fiziki kimya kafedrası da Ümumi kimya kafedrasının bazası əsasında təşkil edilmişdi (1969). Kafedraya prof.Allahverdi Verdizadə (1969-1973), baş müəllim Məmmədxan Mehdiyev (1973-1976) və prof. Nailə Verdizadə (1976-2017) rəhbərlik etmişlər. Kafedranın nəzdində fəaliyyət göstərən “Koordinasion birləşmələr” Elmi-Tədqiqat laboratoriyası 1989-2010-cu illərdə prof. N.A.Verdizadə, 2011-2019-cu illərdə dos.Nazəni Novruzova rəhbərlik etmişdir.

Analitik və üzvi kimya kafedrası

Vəzifə adı

Kafedra müdiri

professor

dosent

Baş müəllim

müəllim

laboratoriya müdiri

Böyük laborant

Laborant

Say

1

2

12

5

1

6

4

4

ADPU-nun Analitik və üzvi kimya kafedrasının elmi-tədqiqat işi üçün nəzərdə tutulan istiqamət aşağıdakı kimi olmuşdur:

İstiqamət: 3

Ümumi problem: 5

Problem:   “Təbabətdə, kənd təsərüfatında və texnikada tətbiq edilə biləcək yeni bioloji aktiv birləşmələrin sintezi və tədqiqi” 

Mövzu: Alkil (aril) əvəzli alkanolların, fenolların, tiolların,  karbamin, tiokarbamin və ditiokarbamin turşusunun törəmələrinin, izоsianatların, izotiosianatların faydalı və kompleks tərkibə və xassələrə malik   preparatların və neft-kimya sənayesi üçün vacib olan mikrob əleyhinə aşqarların sintezi və tədqiqi

Mövzu: İstismarda olmuş aşağı sıxlıqlı polietilen əsasında bioloji aktiv polimer kompozisiyalarının tərkib və xassələrinin tədqiqi

Mövzu: Bəzi d-keçid elementlərinin tərkibində kükürd, azot və oksigen olan reagentlər və üzvi aminlərlə (səthi fəal maddələr)yeni sinif müxtəlifliqandlı komplekslərinin spektrofotometrik tədqiqi, onların kimyəvi analizdə tətbiqi 

Mövzu: Seolit və metal kompleks katalizatorlarının sintezi və katalitik fəallığının tədqiqi

Ümumi problem: Bəzi d-keçid elementlərinin tərkibində O,N,S olan reagentlər və aminlərlə müxtəlifliqandlı komplekslərinin sintezi və onların kimyəvi analizdə tətbiqi; yeni bioloji aktiv preaparatların sintezi və tədqiqi; metalsilikat katalizatorlarının sintezi və tədqiqi

Elmi istiqamət: Analitik kimya

Problem: Analitik kimyanın nəzəri əsasları

Mövzu: (2023-2025) –Fe(III),Co(II),Ni(II),Mn(II) və Mo(VI)-nın 2,6-ditiol-4-metilfenollar və aminofenollarla 2,6-bis(N,N-dimetilaminometil)-4-xlorfenol, 2,6-bis(N,N-dimetilaminometil)-4-metilfenol və 2,6-bis(N,N-dimetilaminometil)-4-bromfenol); Co(II),Ti(IV)və Mo(VI)-nın 2-oksi -5-yod-tiofenol və hidrofob aminlərlə (piridin,aminopiridin,dipiridil,fenontrolin və uanidin); Ca,Se və Ti(IV)-ın qallein, dibromqallein, n-polibenzilpiridin-xlorid və səthi aktiv maddələrlə müxtəlifliqandlı komplekslərinin sintezi,spentrofotometrik tədqiqi və kimyəvi analizdə tətbiqi

Elmi istiqamət: Fiziki kimya

Problem: Kataliz

Mövzu: (2023-2025) -Metalsilikat katalizatorlarının sintezi və tədqiqi

Elmi istiqamət: Zərif üzvi sintez: Kompleks xassəli və praktiki əhəmiyyətli üzvi maddələrin, halogenləşmiş diazadien boyaq maddələrinin sintezi üsullarının və tədqiq obyektinin inkişaf etdirilməsi.

Problem:Halogenləşmiş diazadien boyaq maddələrinin sintezi.

Mövzu: (2023-2025)– Benzoy aldehidi törəmələri əsasında dibromdiazadienlərin sintezi, RQA tədqiqatları və Hişfeld səth analizi. Qeyir-kovalent əlaqələrin kristal dizaynında rolunun araşdırılması

Mövzu: Kiçik tsiklli (üç və dördüzvlü) heterotsiklik kükürdüzvi birləşmələrin bəzi funksionaləvəzli törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi

Mövzu: İstismarda olmuş aşağı sıxlıqlı polietilen əsasında bioloji aktiv polimer kompozisiyalarının tərkib və xassələrinin tədqiqi

Kafedranın əməkdaşlarından 4 nəfər kimya üzrə elmlər doktoru dissertasiyası, 8 nəfər isə kimya üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışır. Kafedra əməkdaşlarının elmi göstəricilərinin artırılması məqsədi ilə Respublikanın universitet və institutları ilə əməkdaşlıq edilir. “Kimya və ekologiyanın aktual problemləri”, “Üzvi reagentlərin analitik kimyada tətbiqi” və digər Respublika Elmi konfransları təşkil edilmişdir.

FƏNNİN  ADI

1

Üzvi kimya

2

Bioloji kimya və molekulyar biologiya

3

Biokimya

4

Yüksək molekullu birləşmələr kimyası

5

Dərman maddələrinin sintezi

6

Kimya texnologiyası

7

Üzvi sintez

8

Neft kimyası

9

Aşqarlar kimyası

10

Analitik kimya

11

Fiziki və kolloid kimya

12

Fiziki-kimyəvi analiz metodları

13

Üzvi reagentlərin analitik kimyada tətbiqi

14

Kompleks birləşmələrin fotometrik tədqiqi

15

Bioloji kimya və molekulyar biologiya

Elmi-pedaqoji fəaliyyətin inkişaf etdirilməsi, təcrübə mübadiləsi məqsədi ilə kafedranın professor və müəllim heyəti dünyanın müxtəlif universitetlərində, Elmi-tədqiqat mərkəzlərində çalışan həmkarları ilə əməkdaşlıq edir:

  • Hacettəpə Universiteti
  • Moldova EA-nın Kimya İnstitutu
  • Bolqarıstan, Plavdiv Tibb Universiteti,
  • Özbəkistan, Cizak Universiteti
  • Voronej Texnologiya Universiteti və sair.

Əli Zal oğlu Zalov
Nailə Allahverdi qizi Verdizadə
Sevil Mustafa qızı Şirəliyeva
Hüsi İsa oğlu İbrahimov
Əli Zalov
Kafedra müdiri
Nailə Verdizadə
Professor
Sevil Şirəliyeva
Dosent
Hüsi İbrahimov
Dosent


Ətraflı

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Analitik və Üzvi kimya kafedrası

Üzeyir Hacıbəyli 68

(012) 498 13 50

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Search