2016-2017-ci tədris ilinin iyununda Botanika, Zoologiya və Biologiyanın tədrisi metodikası kafedraları birləşərək yeni kafedra Biologiya və onun tədrisi metodikası kafedrası yaradılmışdır. 2019-cu ildə adı dəyişilirək Biologiya və onun tədrisi texnologiyası kafedrası olmuşdur. Kafedraya dos.A.Ə.Yusifova rəhbərlik edir. Bu kafedranın nəzdinə daxil olan Botanika kafedrası 1930-31-ci tədris ilində yaradılmışdır. Kafedra yaradıldığı ilk dövrdən prof. A.A. Qrossheym, prof. B.Şutov, dos. S.X. Osmanzadə, dos. M.Ağamirov, V.M. Hacıyev, Y.M. İsayev kimi yüksək ixtisaslı kadrlarla komplektləşdirilmişdir. İnstitutun təşkilində xüsusi xidmətləri olan prof. F.A. Rzabəyli “Biologiya terminləri lüğəti” və “Ümumi biologiya” əsərlərinin müəllifidir. Kafedra əməkdaşları prof. A.A. Qrossheymin ümumi redaktəsi ilə “Abşeron bitkilərinin təyinedicisi” əsərini yazmış, 4 cildlik “Qafqaz florası”, 3 cildlik “Azərbaycan florası” əsərini çap etdirmişdir. Əməkdar elm xadimi prof. H.M. Qədirov 1950-ci ildən 1984-cü ilə qədər fasiləsiz olaraq həmin kafedranın müdiri işləmişdir. H.M. Qədirov akademik A.A. Qrossheym kimi dünya şöhrətli alimlərlə birlikdə dəfələrlə Botanika üzrə ekspedisiyalarda iştirak etməklə respublikamızın Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür-Araz ovalığı və s. ərazilərinin zəngin florasını öyrənmiş, xalq təsərrüfatının müxtəlif sahələri üçün dəyərli floranın yaradılmasında gərgin əmək sərf etmişlər. Onun tədqiqatlarının nəticələri 100-ə qədər elmi əsərində, o cümlədən 16 adda kitabda öz əksini tapmışdır. O həm də “Azərbaycan florası” (1, 5, 6, 7-ci cildlər) və Abşeronun yaşıllaşdırılması kimi qiymətli monoqrafik əsərlərin müəlliflərindən biridir. Fəaliyyət göstərdiyi müddət ərzində kafedrada təhsillə bərabər elmi-tədqiqat işləri davam etmiş, əməkdaşlar tərəfindən bir çox dərslik və dərs vəsaitləri, monoqrafiya, proqram , elmi əsərlər çapdan çıxmışdır. Kafedra fəaliyyəti dövründə bir sıra xarici və daxili elmi-tədqiqat institutları ilə əməkdaşlıq etmiş, həm xarici, həm də Respublika konfranslarında məruzələrlə çıxışlar olmuşdur.
1984-2011-ci ilə qədər prof. Y.K. Əhmədov kafedraya rəhbərlik etmişdir. Prof. Y.K. Əhmədov 2011-2016-cı illərdə Biologiya fakültəsinin dekanı işləmişdir. Kafedraya 2011-2016-cı ilə qədər dos. A.Ə. Yusifova rəhbərlik edib.
Biologiya və onun tədrisi texnologiyası |
|||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Laboratoriya müdiri |
Böyük laborant |
Say |
1 | 2 |
19 |
12 |
8 |
2 |
5 |
Kafedra əməkdaşlarının elmi fəaliyyəti daim öz əksini çap olunan dərslik, dərs vəsaiti və elmi məqalələrdə tapmışdır. 4 monoqrafiya, 14 dərslik, 42 dərs vəsaiti, 223 məqalə (46-sı xaricdə), 54 proqram, 47 tezis nəşr olunub. 21 beynəlxalq, 26 respublika konfrasında iştirak olunub.Kafedranın hazırda 38 magistrantı var.
Kafedra əməkdaşlarından prof. R.L.Sultanov AMEA-nın Zoologiya İnistitutunda Ümumi Entomologiya ixtisası üzrə birdəfəlik şuranın və Azərbaycan Dövlət Aqrar Universitetində Xüsusi Zootexniya ixtisası üzrə dissertasiya şurasını üzvüdür. Dos. S.M.Cəbrayılzadə AMEA-nın Mikrobiologiya İnstitutunda dissertasiya şurasının üzvüdür.
Kafedra əməkdaşlarının kafedranın profilinə uyğun nəşr etdikləri monoqrafiya, dərslik, dərs vəsaitləri:
1. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğalılar zoologiyasından praktikum” dərs vəsaiti, 2018.
2. A.Ə.Yusifova “Bitki fiziologiyası fənnindən praktikum” dərs vəsaiti, 2020.
3. H.M.Hacıyeva və başqaları “Ümumtəhsil məktəblərində biologiyanın tədrisində heyvanların insan sağlamlığında əhəmiyyətinin öyrədilməsi” dərs vəsaiti, 2016.
4. H.M.Hacıyeva və başqaları “Şagirdlərdə biologiya fənn kurikulumu əsasında tibbi-gigiyenik biliklərin öyrədilməsi” dərs vəsaiti, 2017.
5. H.M.Hacıyeva və başqaları “Pedaqoji təcrübəyə dair metodik göstəriş” dərs vəsaiti, 2018.
6. E.F.Səfərova “Ümumtəhsil məktəblərində Biologiyanın tədrisində kurikulumun tətbiqi” dərs vəsaiti,2015.
7. E.F.Səfərova “Biologiyanın tədrisi metodikasından laborator və seminar məşğələlər” dərs vəsaiti, 2020.
8. T.Q.Abdullayeva, P.S.Şıxəliyeva “Biologiyanın tədrisində əyləncəli metodik məşğələlər” dərs vəsaiti, 2017.
9. T.Q.Abdullayeva, P.S.Şıxəliyeva “Ekologiyanın tədrisində əyləncəli metodik məşğələlər” dərs vəsaiti, 2017.
10. P.M.Qafarova “Biologiyanın tədrisi metodikası (İKT materialı ilə)” dərs vəsaiti, 2019.
11. Q.K.İsmayılov, Y.M.Məmmədov, E.M.Muradova “Onurğalılar zoologiyasından laboratoriya məşğələləri” dərs vəsaiti, 2020.
12. E.M.Muradova “Xordalı heyvanların quruluşu” dərs vəsaiti, 2020.
13. G.N.Hacıyeva “Biologiyanın tədrisi metodikası” dərslik, 2019.
14. X.Q. İbrahimova “Biologiyanın tədrisi metodikası” – dərs vəsaiti, 2019;
15. Z.İsmayılova “Su, sanitariya, gigiyena. Ümumtəhsil məktəblərinin IV sinifləri üçün” – dərs vəsaiti, 2019.
16. Ş.A.Abdullayeva “Bakı şəhərinin yaşıllaşmasında istifadə olunan ağac və kolların mikobiotası” monoqrafiya, 2019.
17. B.Əsədova “Duz stressinin təsirindən bəzi və ikiləpəli bitkilərdə əsas NADH- əmələ gətirən fermentlərin aktivliklərinin tədqiqi” monoqrafiya, 2019.
18. S.Ş.Aslanova “Lənkəranın dağlıq hissəsinin florası və bitki örtüyü” monoqrafiya, 2019.
Kafedranın müəllimi b.ü.f.d. Ş.A.Abdullayeva 2019-cu ildə Ankarada keçirilən “Taras Shevchenko II İnternational congress of social sciences”, Kayseridə “1st İnternational Erciyes Agriculture Animal and food Sciences”, Kiyevdə “III Taras Shevchenko II İnternational congress of social sciences” keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir.
Biologiya müəllimliyi ixtisası üzrə |
Kimya və biologiya müəllimliyi ixtisası üzrə |
Bitkilərin anatomiyası və morfologiyası Bitkilərin sistematikası Sitologiya Azərbaycanın flora və faunası Bitki fiziologiyası Mikologiya Mikrobiologiya və virusologiya s/f. Onurğasızlar zoologiyası Təkamül təlimi Onurğalılar zoologiyası Heyvanların ekologiyası Heyv. morf. və sist. (s.f) Məktəb biologiya kursunda məsələ həllinin texnikası (s.f.) İnklüziv təhsil və fərdiləşdirilmiş təlim BTM 1 (az) BTM 2 (az) Umumtəhsil kurikulumunun əsasları (s.f.) |
Bitkilərin anatomiyası və morfologiyası Ekologiya Azərbaycanın flora və faunası Bitkilərin sistematikası Sitologiya Mikrobiologiya və virusologiya (s.f.) Bitki fiziologiyası Onurğasızlar zoologiyası Onurğalılar zoologiyası Genetika və seleksiya Məktəb biologiya kursunda məsələ həliinin texnologiyası BTM |
Biologiyanın tədrisi metodikası ixtisası üzrə |
Biologiyanın tədrisi metodikasının elmi əsasları Biologiyanın tədrisində müasir təlim texnologiyalarının tətbiqi Biologiyanın tədrisi metodikasının müasir problemləri Sitologiya, genetika və seleksiyanın müasir tədqiqat istiqamətləri BMT-nin min illiyinin inkişaf istiqamətləri. Variologiya. Bioetika Biologiya müəlliminin pedaqoji ustalığı (s.f.) Biologiyanın tədrisi metodikasının tədqiqat istiqamətləri (tam orta təhsil səviyyə) Biologiyanın tədrisi metodikasının tarixi və metodologiyası Bioloji qanun və nəzəriyyələrin tədrisi metodikası Biologiyanın tədrisində inteqrativlik AMMEF (Elmi tədqiqat işlərinin metod və metodologiyası) Ekoloji sistemlər. İnsan və ətraf mühitin öyrədilməsi Heydər Əliyev və Azərbaycan elmi (biologiya elm sahələri) |
|
|
|
|
Anaxanım Yusifova Kafedra müdiri |
Əliyənnağı Məhərrəmov Professor |
Təranə Abdullayeva Dosent |
Sabiyə Cəbrayılzadə Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Biologiya və onun tədrisi texnologiyası |
Üzeyir Hacıbəyli, 68 |
(012) 493-29-70 |
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |