“Fiziologiya” kafedrası (2019-cu ildən “Fiziologiya” kafedrası ) “Kimya və biologiya ” fakültəsinin nəzdində fəailiyyət göstərir. Kafedra fakültənin aparıcı kafedrasıdır. Bakalavriat səviyyəsində və yüksək elmi dərəcəli pedaqoji kadrlar hazırlayır. Kafedra yalnız Kimya və biologiya fakültəsində deyil, “İbtidai təhsil”, “Məktəbəqədər təlim”, “İncəsənət və Fiziki tərbiyə” fakültələrində də müəyyən fənləri tədris edir. Həmçinin Universitetin bütün fakültələrində Mülki müdafiə və ilkin tibbi yardım fənni də tədris olunur. 1930-1931-ci illərdə Universitetin bazası əsasında sahə İnstitutları və o cümlədən alı təhsil müəssisəsi kimi Pedoqoji İnstitut təsis olunmuşdur. Bu vaxt bioloji kafedraların bir hissəsi Tibb İnsitutunun strukturuna, bir hissəsi isə V.İ.Lenin adına Pedoqoji İnstitutun  təbiətşünaslıq  fakültəsinin tərkibinə daxil olur. Pedoqoji  İnstitutda Fiziologiya kafedrasının ilk müdiri  dosent Azad bəy Əmirov olmuşdur. A.Əmirov  “Əzələ və qan arasında karbohidrat mübadiləsi ” mövzusunda  doktorluq dissertasiyası yazmış və 1936-cı ildə  o professor vəzifəsinə seçilmişdir. 1939-cu ildə A.Əmirovun  vəfatından sonra Fiziologiya kafedrasına Savalan Rüstəm oğlu Ocaqverdizadə başçılıq etmişdir. 1951-ci ildə “Fiziologiya”  kafedrasına biologiya elmləri namizədi, dosent Tələt Dəniyar oğlu Qayıbov müdir vəzifəsinə seçilmişdir. T.Qayıbov 1961-ci ildə Moskvada N.İ.Piroqov adına Tibb İnstitutunda  doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin vaxtda “Fiziologiya” kafedrasının tərkibinə  “İnsan anatomiyası”, “Histologiya” və  “Sitologiya”  fənləri də daxil edilir. 1963-cü ildə professor T.Qayıbovun təşəbbüsü ilə “Fiziologiya” kafedrasının nəzdində “Elmi-tədqiqat  problem laboratoriyası” yaradılmışdır. Problem  laboratoriyasının  əsas  tədqiqat  sahəsi  radiobiologiya  məsələlərini  postnatal  ontogenezdə  orqanizmin  rezistentliyinin dəyişilməsi ilə əlaqəli şəkildə tədqiq etmək olmuşdur. Problem laboratoriyasında aparılan təcrübələrdə  ümumi  zülalın miqdarı, albumin-qlobulin  nisbəti, lipid mübadiləsi, sərbəst və əlaqəli şəkərin miqdarı nuklein turşularının  metobolizmini və s. postnatal ontogenezdə radioaktiv şüalanmanın təsirinin  tədqiqi olmuşdur.  Müəlliflər radioaktiv şüalanmaya məruz qalmiş heyvanlardan qan zərdabı almış və onu sağlam heyvanlara inyeksiya etdikdən sonra apardıqları  tədqiqat nəticəsində müəyyən etmişlər ki, belə halda heyvanda  kəskin şüa xəstəliyinin zərərli effekti nisbətən azalır. 1963-1970-ci illərdə Problem laboratoriyasının apardığı tədqiqat işlərinin nəticələri Respublika və İttifaq miqyasında nəşr  edilən mətbuat səhifələrində çap olunmuş və elmi forumlarda məruzə edilmişdir. Müəyyən edilmişdir ki, neonatal ontogenezdə və cinsi yetişkənlik dövründə heyvan orqanizmində gedən funksional və biokimyəvi dəyişilmələrinin səviyyəsi yuxarı yaş qrupuna  mənsub olan heyvanlarla müqayisədə daha kəskin olmuşdur. Problem  laboratoriyasının  apardıqları  tədqiqat  işlərinin  nəticəsi  olaraq  həmin  vaxtlarda  “Fiziologiya”  kafedrasının  əməkdaşlarından 8 nəfəri prof. T.Qayıbovun  və  prof.R.Səfərovun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən 1993-cü ilədək kafedranın  müdiri professor, əməkdar elm xadimi Rza İbrahim oğlu Səfərov 1993-1994-cü illərdə professor, əməkdar elim xadimi Roza Zeynal qızı Qafarova olmuşdur. 1994-cü ildən-2017-ci ilədək  “Fiziologiya” kafedrasına biologiya elmləri doktoru,  professor Ədalət Nurulla oğlu Fərəcov  rəhbərlik etmişdir. 2017-ci ildən "Mülki müdafiə və tibbi biliklərin əsasları" kafedrası "İnsan və heyvan fiziologiyası" kafedrası ilə  birləşmişdir. 2017—2020- ci ilə qədər  "İnsan və heyvan fiziologiyası" kafedrasına Biologiya üzrə fəlsəfə doktoru  dosent  Nizam Mirxas oğlu Mehdizadə rəhbərlik etmişdir. Hazırda “Fiziologiya”  kafedrasına  2021- ci  ildən  etibarən  dos. Elnarə Cabir qızı Mehbalıyeva  rəhbərlik edir. Kafedrada fənlərin tədrisi azərbaycan , rus və ingilis  dillərində aparılır.

Fiziologiya

Vəzifə adı

kafedra.müdiri

professor

dosent

baş müəllim

müəllim

laboratoriya müdiri

vivarium müdiri

baş laborant

laborant

Say

1

-

4

16

7

1

1

 3  

Tədrisin keyfiyyətini yüksəltmək və onun nəticələrinin səmərəsini davamlı etmək üçün nəzəri biliklərlə yanaşı tələbələrin praktik bilik və bacarıqlarının əlaqələndirilməsi və möhkəmləndirilməsi istiqamətində  müəyyən tədbirlər keçirilir. İlk növbədə laboratoriyalar, seminarlar keçirilir, sərbəst işlərin icrasına mühüm əhəmiyyət verilir. Belə yanaşma tələbələrin qazandığı nəzəri və praktiki biliklərin real həyatda tətbiq edə bilmək imkanlarını gerçəkləşdirir.  Nəzəri  və praktik  biliklərin vəhdətini təmin etmək kafedranın  tədris işindəki  uğurların  rəmzidir. ADPU-nun “Fiziologiya” kafedrasının əsas missiyası insan orqanizmi  haqqında , orqanizmin quruluşu və funksiyasının vəhdətinin və tənzim olunma mexanizmlərinin mahiyyətini tələbələrə mənimsətməkdir. Belə olduqda məzunlarımız ölkə daxilində və xaricdə rəqabətə davamlı təhsil bazasına yiyələnmiş olurlar. Hazırda kafedrada  32 nəfər müəllim, 1 nəfər laboratoriya müdiri, 1 nəfər vivarium müdiri 4 nəfər böyük laborant fəailyyət göstərir. Müəllimlərdən  1 nəfəri  (Qarayev Məmməd ) elmlər doktoru-professor,  6 nəfər ( Mehbalıyeva Elnarə,  Həsənova Laura,  Ağayeva Laləndə, Orucova Mina,  Bayramova Vəsilə, Qafarova İradə ) b.ü.f.d. dosent,  1 nəfər (Lalə Mürsəlbəyova ) psixologiya  üzrə fəlsəfə doktoru dosent, 1 nəfər (Səfərova Xuraman) tibb üzrə fəlsəfə doktoru  dosent, 13 nəfər baş müəllim,(Qasımova Nəzakət, Cəfərova Solmaz, Abdinova Afiyət, Şahverdiyeva Aliyə,Məmmədova Fəzilə, Əzimova Gülnarə , Əliyev Həsən, Quliyeva Xatirə Qafarova Jalə, Quliyeva Könül, Mirzəyev Nazir Atakişiyeva  Rasimə,  Bəbirova  Sürəyya),  2 nəfər  (Hüseynova Leyla , Məmmədova İranə)  b.ü.f.d. baş müəllim, 2 nəfər (İbrahimova Könül, Həsənova Vüsalə) b.ü.f.d., müəllim, diğər  müəllimlər ( Fərəcova Aysel, Qəmbərova Səadət, Aslanova Ülviyyə-dissertant) ,  İsgəndərova Arzu, Rüstəmova Kəmalə   magistr dərəcəli mütəxəssislərdir ,1 nəfər laboratoriya müdiri (Sultanova Maidə) , vivarium müdiri ( İbrahimova Əfsanə) , böyük laborantlar ( Ağayeva Samirə , Hacıyeva Emilya, Şabəddinova Aygün, Rəhimova Günay). 2020-2022-ci illər ərzində kafedra əməkdaşları 7 dərslik, 25 dərs vəsaiti, 140 məqalə (Respublikada), 41(Xaricdə), bir sıra proqram nəşr etdirmişdilər. Fiziologiya kafedrasının elmi – tədqiqat işi üçün nəzərdə tutulan istiqamət aşağıdakı kimi olmuşdur:

İstiqamət: 2

1. Neyrohumoral sistemin ontogenezi və fizioloji mexanizmi

2. Həyat fəaliyyətinin təhlükəsizliyi

Problem:

1. Visseral sensor sistemin ontogenezdə neyrohumoral tənzim

2. Orqanizmin müxtəlif yaş dövrlərində sağlamlığın mühafizəsi, möhkəmləndirilməsi

                             Fənnin adı

1.                  

Fiziki tərbiyə idmanın fiziologiyası

2.                  

Histologioya

3.                  

İnsan anatomiyası

4.                  

İnsan və heyvan fiziologiyası

5.                  

Biofizika

6.                  

İmmunologiya

7.                  

Mərkəzi sinir sisteminin fiziologiyası

8.                  

Yaş fiziologiyası

9.                  

Neyrobiologiya

10.              

Mülki müdafiə və ilkin tibbi yardım

11.              

Uşağın anatomiyası və fiziologiyası

Elnarə Cabir qızı Mehbalıyeva
Xuraman İsa qızı Səfərova
Nazir İsat oğlu Mirzəyev
İradə Vilayət qızı Qafarova
Elnarə Mehbalıyeva
Kafedra müdiri
Xuraman Səfərova
Professor
Nazir Mirzəyev
Dosent
İradə Qafarova
Dosent


Ətraflı

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Fiziologiya kafedrası

Üzeyir Hacıbəyli 68

(012) 493 28 19

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Search