Previous Next

"Biologiya gecəsi"

24.05.2023 il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti "Kimya və Biologiya" fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi b.ü.f.d Dosent Xoşqədəm İbrahimova və Sevda Muradovanın rəhbərliyi ilə Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin iştirakı ilə "Biologiya gecəsi" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Hüseynov Fayaz, direktor müavinləri Hüseynova Kəmalə və Pənahova Lalə, fənn müəllimləri Muradova Zülfiyyə,Nərimanova Elnarə və digər müəllimlər və tələbələr iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Hüseynov Fayaz açdı.
 Sonra tələbələr və şagirdlər "Biologiya gecəsi " nə aid araşdırdıqları mövzuları təqdim etdilər
Sonra söz b.ü.f.d dosent Xoşqədəm İbrahimovaya və Sevda Muradovaya verildi.
Tədbirin sonunda direktor müavini Lalə Pənahova tədbirdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.

Search