20.09.2023-cü il tarixində Kimya və biologiya fakültəsinin növbeti Fakültə şurası keçrilmişdir. Fakültə dekanı dos.R.Ağayeva iclası açıq elan edərək, ilk növbədə bütün əməkdaşları yeni tədris ilinin başlaması münasibəti ilə təbrik etdi. Daha sonra gündelik məsələlər, payız semestrinə hazırlıq, fakültənin iş planı, dekan, dekan müavininin illik iş planları müzakirə olundu. Həmçinin kafedra müdirləri dərs yükü, kafedraların illik iş planı haqqında məlumat verdilər. Dekan R.Ağayeva elmi seminarların, açıq dərslərin təşkil olunması haqqında öz tapşırıqlarını verdi. İclas cari məsələlərin müzakirəsi ilə davam etmişdir.