Previous Next

Kimya və biologiya fakültəsində elmi seminar keçirilmişdir

30.04.2025-ci il tarixində ADPU Kimya və biologiya fakültəsində AR Elm və Təhsil Nazirliyinin elmi işçisi k.ü.f.d. Gəray Əşirovun “Kimyəvi kataliz” mövzusunda elmi seminarı baş tutmuşdur. Elmi seminarda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva seminarı açıq elan etmiş, fakültəmizdə qurulan əməkdaşlıqların əhəmiyyətini vurğulamış və sözü k.ü.f.d. Gəray Əşirova vermişdir. Gəray Əşirov seminar iştirakçılarını müəllimlərin işə qəbul prosesi, qəbul prosesində kimya fənnindən məsələlərin asan həlli metodları barədə məlumatlandırmışdır. Sonda Gəray Əşirov fəallığı ilə fərqlənən tələbələrə öz müəllifi olduğu kitabı hədiyyə etmişdir.

Search