“Biologiyanın müasir problemləri” mövzusunda elmi-praktik seminar

13.04.2023-cü il tarixində APDU-nun Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Z.Məlikovanın təşkilatçılığı ilə dos. T.Abdullayevanın rəhbərlik etdiyi magistrantları Ümummilli lider H.Əliyevin anadan olmasının 100-cü illiyinə həsr edilmiş “Biologiyanın müasir problemləri” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Seminarı giriş sözü ilə fakültənin dekanı dos. R. Ağayeva və həmin kafedranın  müdiri dos. A.Yusifova çıxış edərək seminarın elmi və maarifləndirici əhəmiyyətini qeyd edərək magistrantlara uğurlar arzu etdilər.

Magistrantlar elmi-praktik seminarda “Diqqət əskikliyi və hiperaktiv pozuntu” (Qədirova N., Abdullayeva A.), “Mobil genetik elementlər” (Şıxəliyeva A., Məmmədzadə S.), “Bioloji silahlar” (Abışov V.), “Progeriya xəstəliyi” (Abdulzadə A.), “Türk xalqlarının irsi xəstəlikləri” (Məmmədova R., Mehdiyeva F.), “Türk xalqlarının genomu” (Niftaliyeva Ş., Əliyeva H.) mövzularında apardıqları elmi-araşdırmaların nəticələri ilə seminar iştirakçılarını tanış etdilər.

ADPU-nun Elmi işlər üzrə prorektoru prof. A.Zamanov Magistrantların elmi araşdırmalarının nəticələrinin əhəmiyyəti haqqında fikirlərini bildirdi və aparılan elmi araşdırmaların vacibliyini qeyd etdi.Dos.T.Abdullayevanın rəhbərliyi ilə magistrantların tədqiqatlarını əhatə edən seminar barədə prof. Ə. Zalov, dos. Ə. Məhərrəmov, dos.A. Namazov öz müsbət fikirlərini bildirərək seminarın öyrədici rolunu qeyd etdilər.

Sonda dos. T. Abdullayeva və magistrantlar fakültə dekanı dos. R. Ağayevaya, kafedra müdiri dos. A. Yusifovaya seminarın keçirilməsində göstərdikləri qayğı və dəstəyə görə təşəkkürlərini bildirdilər.

Search