Previous Next

"Campell Biologiya"

05.05.2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Türkiyədə ODTÜ Molekulyar Biologiya və Genetika bölümü məzunu, Hollandiya Groningen və Almaniya Rostock Universitetlərində elmi araşdırma işləri aparmış molekulyar mikrobioloq, genetik, "Habitata Tərcümə Layihəsi"nin həmtəsisçisi Araz Zeyniyevlə görüş keçirilmişdir. Görüşü Tədris Departamentinin müdiri dos. Əliyev S. açıq elan etdi. Görüşdə həmçinin Qırmızı Ürəklər Fondunun prezidenti Sevda xanım Haqverdiyeva da iştirak edirdi. O, fondun  gördüyü işlər haqqında geniş məlumat verdi.  "Campbell Biologiya" kitabı Şimali Koloforniya Azərbaycan Mədəniyyət Mərkəzinin və Yurt Centerin maliyyə dəstəyi ilə nəşr olunub. Azər Zeyniyev kitabın necə ərsəyə gəlməsi barəsində məlumat verdi.Sonda Biologiya və onun tədrisi texnologiyası kafedrasının dos. Namazov A. və  müəllim Məlikova Z. kitab haqqında öz təəssüratlarını bölüşdülər.

Search