08.05.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının dos. R. Məmmədovanın eyni zamanda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Z. Məlikovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi seminarı təşkil edilmişdir. Tədbirdə fakültənin professor və müəllim heyəti ilə yanaşı tələbələr də iştirak etmişdir. Heydər Əliyev lektoriyasında təşkil edilən seminarda ARETN-nin Mikrobiologiya institutunun direktoru biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Pənah Zülfüqar oğlu Muradov “Mikrobiologiya:dünən, bu gün və sabah” mövzusunda məruzə ilə çıxış etmiş, iştirakçılara mikrobiologiyanın müasir problemləri haqqında ətraflı məlumat vermişdir. Sonda Pənah müəllim sualları cavablandlırılmişdır.
Fakültənin dekanı dos. Reyhan xanım Ağayeva dəyərli çıxışı üçün Pənah müəllimə təşəkkürüünü bildirdi.