Previous Next

14 nömrəli məktəbin şagirdləri ilə görüş

09.06.2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris Departamentinin Məzun, Koordinasiya və Kariyera şöbəsinin müdiri Könül Əsgərovanın və Kimya və biologiya fakültəsi Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müəllimi k.ü.f.d. Aynurə Tomuyevanın rəhbərliyi ilə 14 nömrəli məktəbin şagirdləri ilə görüş keçirilmişdir. Onlar universitetin kitabxanasında, Heydər Əliyev muzeyində ,eləcə də Kimya və Biologiya fakültəsinin Zooloji muzeyində və Kimya laboratoriyasında olmuşlar. Şagirdlər universitetimizdən gözəl təəssüratlarla ayrıldılar.

Search