27.12.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanda Pedaqoji Təhsilin İnkişaf Perspektivləri” mövzusunda Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovun elmi seminarı təşkil olunmuşdur.
Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C.Cəfərov, Kimya və biologiya fakültəsinin dekanı dos. R.Ağayeva, Beynəlxalq əlaqələr üzrə prorektor prof. M.Hüseynova, Elm və innovasiyalar üzrə prorektor prof. A.Zamanov, Filologiya fakültəsinin dekanı f.ü.f.d. K.Həsənova və universitetin professor-müəllim heyəti iştirak etmişlər. Açılışı salamlama nitqi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C.Cəfərov etmişdir. Kimya və biologiya fakültəsinin dekanı dos. R.Ağayeva seminar iştirakçılarını salamladıqdan sonra sözü akademik Vaqif Abbasova vermişdir. Akademik Vaqif Abbasov Ulu öndər Heydər Əliyevin dünya siyasətindən, ulu öndərin bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmasından, müəllim vəzifəsinin dəyərləri və ideal müəllim modelindən, cəmiyyətin həyatında mühüm rolu olan elm və təhsil sahəsindəki islahatlardan, Cənab Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün imzaladığı layihələr haqqında ətraflı bəhs etdi. Seminarda Analitik və üzvi kimya kafedrasının müdiri prof. Ə.Zalov, dos. H.İbrahimov, prof. N.Verdizadə, müəllim M.Nuriyeva və digərləri çıxışlar etmişlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. C.Cəfərov və Kimya və biologiya fakültəsinin dekanı dos. R.Ağayeva akademik Vaqif Abbasova seminarda ətraflı çıxış etdiyinə görə dərin təşəkkürlərini bildirdilər.