06.02.2024-cü il tarixində Kimya və biologiya fakültəsində Həmkarlar İttifaqı komitəsinin yeni tərkibi təsdiq olundu. İclasda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dos. Vaqif Əliyev, ADPU-nun Nəşriyyat şöbəsinin müdiri Hüseyn Hacıyev, Kimya və biologiya fakültəsi dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova, fakültənin professor-müəllim və texniki işçi heyəti iştirak etmişlər. İclasa sədr olaraq Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, katib olaraq isə Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova rəhbərlik etmişlər. İclası açıq elan edən Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva iclas iştirakçılarını salamlamış, müzakirə olunacaq məsələlərə diqqət çəkmiş, təşkilata yeni sədr və heyətin seçilməsi ilə bağlı qaydaları açıqlamışdır. Daha sonra sözü ADPU-nun Kimya və Biologiya fakültəsinin Həmkarlar Təşkilatının sədri dos. Kəmalə İsgəndərovaya vermişdir. Dos. Kəmalə İsgəndərova 2020-2023-cü illər ərzində görülən işlər, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, qabaqcıl işçilərin qiymətləndirilməsi və s. yolunda görülən işləri iclas iştirakçılarına məruzə etmişdir. Daha sonra ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dos. Vaqif Əliyev çıxış edərək iclas iştirakçılarını salamlamış, ADPU-nun rektoru prof. Cəfər Cəfərovun universitet əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində atdığı addımlardan, görülən işlərdən və yeniliklərdən, əmək məcəlləsində yer alan işçi və işəgötürən arasında hüquq tənzimləmələrindən söz açmışdır. İclasda Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, prof. Nailə Verdizadə, prof. Hüsü İbrahimov, dos. Asəf Quliyev, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, baş müəllim b.ü.f.d. İmran Kazımov çıxışlar etmişlər. Daha sonra səsvermə yolu ilə Kimya və biologiya fakültəsi Həmkarlar təşkilatının sədri və tərkib heyəti seçilmişdir. Səsvermənin nəticəsinə əsasən ADPU-nun Kimya və Biologiya fakültəsinin Həmkarlar Təşkilatının sədri yenidən dos. Kəmalə İsgəndərova seçilmiş və 7 nəfərdən ibarət heyət tərkibi təsdiq olunmuşdur. Yekun olaraq Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva iclas iştirakçılarına təşəkkürünü bildirmiş, işlərində uğurlar arzulamışdır.