Previous Next

Kimya və biologiya fakültəsi tələbələrinin 238 nömrəli məktəbdə “Xocalıya həsr olunmuş anım günü və qələbə” adlı tədbiri

Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsinin IV kurs tələbələri paytaxt məktəblərində pedaqoji təcrübə günlərini keçirir. 26 fevral Xocalı faciəsi qurbanlarının anım günü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetində silsilə tədbirlər keçirilmişdir. Bununla yanaşı pedaqoji təcrübə keçən tələbələrimiz də təcrübə keçdikləri məktəblərdə vətənpərvərlik ruhunun aşılanması, Xocalı faciəsini unutdurmamaq məqsədilə tədbirlər təşkil etmiş, yeni nəslə tariximizi unutdurmamaq məqsədilə maarifləndirmə işləri aparmışlar. 26 fevral tarixində Namiq Həmzəyev adına 238 nömrəli məktəbdə BİO2005B qrup tələbəsi Nəzrin Quliyevanın təşkilatçılığı və rəhbərliyi ilə həmin məktəbin 6b, 7ç, 8b və 8ç sinif şagirdlərinin iştirakı ilə “Xocalıya həsr olunmuş anım günü və qələbə” adlı iki hissəli tədbir baş tutmuşdur. Tədbirin birinci hissəsi Xocalı faciəsinin 32-ci il dönümünün yad edilməsi, ikinci hissəsi isə 44 günlük müharibə dövründə qazanılmış şanlı qələbəyə həsr olunmuşdur.

Search