Previous Next

Kimya və biologiya fakültəsinin magistrantları BM və TBETİ-nin Abşeron Təcrübə Stansiyasında olub

13 mart 2024-cü il tarixində Kimya və biologiya fakültəsi Biologiya və onun tədrisi texnologiyası kafedrasının magistrantları kafedra müdiri dos. Anaxanım Yusifova, dekan müavini dos. Bəsti Əsədova və təcrübə rəhbəri dos. Xoşqədəm İbrahimovanın rəhbərliyi ilə Bakı Mühafizə və Texniki bitkilər Elmi tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında (ATS) olmuşlar. Qeyd edək ki, 12 yanvar 2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Bakı Mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası arasında Əməkdaşlıq memorandumu imzalanmışdır. Bitki mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru a.e.d.,dos. Cəbrayıl Ağayev və işçi heyəti magistrantlara ATS-da görülən işlər barədə ətraflı məlumat vermişdir. Bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili"nin elan olunması ilə bağlı olaraq magistrantlar ATS-da fəaliyyət göstərən laboratoriyaların işi ilə yaxından tanış olmuş, açıq sahədə təcrübə materialı olaraq becərilən bitkiləri incələmiş, onlarda yaranan xəstəlikləri müşahidə etmiş, xəstəliklərin yaranmasında ekoloji faktorların rolunu araşdırmış, bitkilərin mühafizəsi haqqında görülən işlər barədə məlumatlar əldə etmişlər.

Search