Previous Next

ADPU Kimya və biologiya fakültəsinin əməkdaşları Gəncədə beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsinin əməkdaşları 03-04 may tarixlərində Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər. Konfransda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Kimya və biologiya  fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, müəllimlər dos. Hüsü İbrahimov, dos. Alı Namazov, dos. Qaçay İsmayılov, baş müəllim Gültəkin İsmayılova, baş laborant Gültəkin Ərəbova məruzələrlə çıxış etmişlər. 

Qeyd edək ki, konfransın mövzusu ilə bağlı 7 ölkədən, 700-dən çox məqalə, 5 cilddə kitab nəşr olunub. Kimya, biologiya fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilmiş konfrans çərçivəsində 16 bölmə iclası keçirilib.

Search