01.10.2024-cü il tarixində Kimya və biologiya fakültəsinin tələbələri dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasovla görüşüb. Baş tutan görüşdə tələbələr Akademik Vaqif Abbasovla maraqlı söhbətlər aparmış, institutun fəaliyyəti ilə tanış olmuşlar.
Tələbələr eyni zamanda Akademik Yusif Məmmədəliyevin Memorial Muzeyinə ziyarət ediblər. Muzey Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərir. Tələbələr muzeydə görkəmli kimyaçı alimin həyatını, elmi fəaliyyətini əks etdirən fotosənədlər, diplomlar, elmi kəşflərinə dair sxemlər və eksponatlarla tanış olmuşlar.