09.10.2024-cü il tarixində Kimya və biologiya fakültəsi tələbələrinin sərgisi baş tutmuşdur.Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva və dekan müavini dos. Bəsti Əsədovanın təşkilatçılığı ilə Kimya və biologiya fakültəsi tələbələrinin “ATMA,YARAT,FAYDALAN!“ sərgisi və ağacəkmə aksiyası baş tutmuşdur. Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva tədbiri açıq elan etmiş, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş bu tədbirin dünyamızı qorumaq adına görülən işlərin bir nümunəsi olaraq öməmindən bəhs etmişdir. O Azərbaycanın “Təmiz ətraf mühit və yaşıl artım” ölkəsi olaraq seçilməsindən, Yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatlarına çevrilməyin Azərbaycan iqtisadiyyatının prioritet məsələlərindən olmasından, Prezident İlham Əliyevin işğaldan azad olunmuş əraziləri yaşıl enerji zonasına çevirməklə bağlı verdiyi sərəncam, görülən işlərdən söz açmış, hər kəsi tullantılardan səmərəli istifadəyə, dünyamızı, təbiətimizi qorumağa səsləmişdir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov tələbələrin əl işləri ilə tanış olmuş, “Yaşıl dünya naminə həmrəylik ili” və yaxın günlərdə baş tutacaq COP29 tədbiri ərəfəsində bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açmış, tələbələrin əməyini təqdir etmişdir. Tədbirdə M.Rahim adina 7 sayli tam orta məktəbin şagirdlərinin təqdimatında “National flora” adlı geyim sərgisi də nümayiş olunmuşdur. ADPU-nun rektoru prof. Cəfər Cəfərov tələbə və şahirdləri sertifikatla təltif etmişdir. Tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, Tədris departamentinin direktoru dos. Sənan Əliyev, fakültə dekanları və universitetin digər struktur işçiləri iştirak etmişdir. Daha sonra rektor prof. Cəfər Cəfərov fakültə əməkdaşları və tələbələrlə birlikdə ağacəkmə aksiyasında iştirak etmişdir.