16.10.2024-cü il tarixində Kimya və biologiya fakültəsində dekan dos. Reyhan Ağayeva, dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos.Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova,fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva, fakültə mətbuat katibi Gültəkin Ərəbova və fakültənin professor-müəllim heyətinin iştirakı ilə fakültə Elmi Şurası keçirilmişdir.
Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Elmi Şuranı açıq elan etmiş, birinci tədris ili tələbələrinin Universitetə adaptasiyası üzrə fakültədə aparılan işlər, tələbələrin fərdi tədris planlarının təsdiqi barədə məlumatları Şura iştirakçılarının diqqətinə çatdırmışdır. Dekan müavini dos. Kərim Quliyev 2024/2025-ci tədris ilində Kimya və biologiya fakültəsinə dövlət sifarişli əsasında qəbul olunan tələbələrə təqaüd verilməsi haqqında və 2024/2025-ci tədris ilinin birinci semestrində yerinə yetiriləcək kurs işlərinin mövzularının təsdiqi barədə məlumat vermişdir. Dekan müavini dos. Bəsti Əsədova 2024/2025-ci tədris ilində Kimya və biologiya fakültəsinə qəbul olunan magistrların elmi-tədqiqat mövzularının və elmi rəhbərlərinin təsdiqi və professor-müəllim heyətinin 2024-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri və açıq dərslərin nəticələri barədə məlumat vermişdir. Kafedra müdirləri 2024/2025-ci tədris ilində payız semestrində tədris prosesinin gedişi barədə hesabatlarını təqdim etmişlər. Daha sonra fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva cari məsələləri elan etmişdir. Şura müzakirə və təkliflərlə yekunlaşmışdır.