Previous Next

Zəfər Gününə həsr edilmiş "Zəfər Günü" adlı intellektual yarış

04.11.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə şanlı Zəfər Gününə həsr edilmiş "Zəfər Günü" adlı intellektual yarış keçirildi.
Yarışıda fakültənin dekanı dosent Elnarə Mehbalıyeva, dekan müavini dosent Elnarə Muradova, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vurğun Məmmədov və tələbə müəllim heyəti iştirak etdilər.Azərbaycan Dövlət Himni səsləndikdən sonra ,yarışı Kimya və Biologiya fakültəsinin dekanı dos.Elnarə Mehbalıyeva açıq elan edərək sözü yarışın aparıcılarına verdi .Aparıcılar öz növbəsində şanlı zəfər tariximizdən ,qazilərimizdən ,Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizdən bəhs etdilər .Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Daha sonra aparıcılar yarışın qaydalarını izah etdilər və
19 komandanın iştirakı ilə intellektual yarış başlandı.Obyektiv keçən yarış iki mərhələdən ibarət oldu və nəticədə yekun xallar hesablanaraq ,
"Fateh" komandası I yerə
"Aypara" komandası II yerə
"Vətən" komandası III yerə layiq görüldü.
Qalibləri Kimya və Biologiya fakültəsinin dekanı dos.Elnarə xanım Mehbalıyeva diplom və medallarla mükafatlandırdı.
Sonda yarış iştirakçıları,qaliblər ilə xatirə şəkilləri çəkdirildi.

Search