Previous Next

"Şəhidliyin Muxtar zirvəsi"

ADPU-da Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə "Şəhidliyin Muxtar zirvəsi" adlı tədbir
31 oktyabr 2022-ci ildə ADPU-nun böyük zalında Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə Baş leytenant Muxtar Qasımlı ilə bağlı "Şəhidliyin Muxtar zirvəsi" adlı tədbir keçirildi. Tədbirdə Kimya və Biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva, dekan müavini dosent Elnarə Muradova, şəhid Muxtar Qasımlının valideynləri Almaz Qasımova, Əli Qasımov, fakültənin çoxsaylı müəllim və tələbə heyəti iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Elnarə Mehbalıyeva Vətən müharibəsi şəhidlərinin əziz xatirəsindən,o cümlədən şəhid Muxtar Qasımlı haqqında geniş məlumat verdi . Daha sonra söz şəhidin valideynlərinə verildi. Onlar da öz növbəsində tədbirin təşkilatçısı olaraq fakültənin rəhbəri dos.Elnarə Mehbalıyevaya,tədbirin baş tutmasında əməyi olan hər kəsə öz təşəkkürlərini bildirdilər.Daha sonra tələbələrin hazırladıqları kompozisiya, səhnəcik, şeirlər nümayiş olundu.
Tədbirin sonunda fakültə rəhbərliyi, şəhidin valideynləri və tələbələr arasında səmimi söhbət oldu, xatirə şəkilləri çəkildi.
Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin!

Search