Martın 6-da Azərbaycan Dövlət Pedaqpji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçrilib. İclasda fakültə rəhbərliyi, kafedra müdirləri, fakültə Elmi Şurasının üzvləri iştirak ediblər.
İclası açan fakültənin dekanı dosent Reyhan Ağayeva əvvəlcə 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Daha sonra dekan müavini dos. Kərim Quliyev 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə əsasən, Kimya və biologiya fakültəsi üzrə dövlət sifarişli və ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüd verilməsi haqqında məlumat verib. Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri, fakültə dekanı, dos. Reyhan Ağayeva pedaqoji təcrübənin gedişi haqqında iclas iştirakçılarını məlumatlandırıblar. Daha sonra fakültənin elmi katibi, Biologiya və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, b.ü.f.d. Bəsti Əsədova cari məsələlərlə iclası davam etdirib.
Sonda fakültə dekanı dos. R. Ağayeva fakültə əməkdaşlarını qarşıdan gələn Novruz bayramı, həmçinin qadın əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzu edib.