03 noyabr 2023 tarixində ADPU Kimya və biologiya fakültəsində tələbələrin arzu və istəkləri ilə Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovanın təqdimatında "Öz məktəbini tanı, gələcək məktəbini qur!" adlı elmi- metodiki seminar keçirilmişdi. Seminar fakültənin, kimya, kimya və biologiya müəllimliyi ixtisası tələbələrinin və "Rumi Camal məktəbi"nin təşkilatçılığı ilə baş tutmuşdur. Seminarı çıxış sözü ilə açıq elan edən fakültə dekanı dosent Reyhan Ağayeva 102 illik tarixi olan ADPU nun neçə - neçə şəxsiyyətlər yetişdirdiyini, bir insanın keçmişini bilmədən gələcəyini qura bilmədiyini vurğulamış, Rumi Camal məktəbinin fəaliyyətinə, tələbələrə və müəllimlərə inkişafları yolunda uğurlar diləmişdir. Rumiyyə Camalova seminar boyunca Aristotel, Azərbaycan müəllimlərinin ulu babası olar Kafiyəddin Ömər Osman, Əfsələddin Xəqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Füzuli, 19- cu əsrin ilkin və yetkin maarifçilərinin inkişafetdirici, tərbiyəedici məktəblərinin məhz mənəvi zənginliyə aparan yollarını əsaslandırdı, həyat məktəbinə əngəl olmayan şəxsiyyətin məhz məktəbdə formalaşmasının imkanlarından söhbət açdı. Seminar interaktiv şəkildə davam etdi. Rumiyyə Camalova ardıcıllar məktəbi olaraq öz müəllimlərinə başda fakültə dekanı dosent Reyhan Ağayeva, dosent Kərim Quliyev, professor Əli Zalov və s. , o cümlədən dünyasını dəyişmiş müəllimlərinə o cümlədən məktəb həyatında xüsusi rolu olan Oqtay Rzaya minnnətdarlıq hissi bildirmişdir. Tədbirin sonunda Universitetimizin professor- müəllim heyəti, qonaqlar çıxış edərək, Rumi Camal Məktəbinə, məktəbin təsisçisi Kimya və biologiya fakültəsinin baş müəllimi Rumiyyə Camalovaya uğurlar arzuladılar və məktəbi dəstəklədilər. Fakültə tələbələri öz hədiyyələri olan "Fakültəmizin fəxri müəllimi" adını öz müəllimlərinə təqdim etmişlər. Seminarın təşkil olunmasında Rumi Camal məktəbi tərəfindən fakültə tələbələri Nüşabə Mütəllimovaya, Samir İsmayılova, Bahar Məmmədovaya, Jalə Qafarzadəyə, MirRəşad Kərimliyə, Şahlar Bayramova xüsusi diplomlarla təşəkkür edildi.