27.10.2023-cü il tarixdə Kimya və biologiya fakültəsinin növbəti elmi şurasının iclası keçirilib. İclası açıq elan edən dekan dosent R.M. Ağayeva iclas iştirakçılarını salamlayaraq, 2023-2024-cü tədris ilində Kimya və biologiya fakültəsinə dövlət sifarişi əsasında qəbul olan tələbələrə təqaüd verilməsi haqqında siyahını təqdim etdi. Daha sonra I kurs tələbələrinin universitetə adaptasiyası üzrə fakültədə aparılan işlər, buraxılış işi yazacaq tələbələrin müəyyən edilməsi müzakirə olunub. Həmçinin kafedra müdirləri payız semestrində tədris prosesinin gedişi haqqında məlumat verdilər. İclas elmi katib b.ü.f.d. B.Q. Əsədovanın cari məsələləri təqdim etməsilə davam edib.