Previous Next

Biologiya və onun tədrisi texnologiyası kafedrasında elmi seminar

22.12.2023-cü il tarixində Kimya və biologiya fakültəsi Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Mehdiyevanın "Layihə əsaslı öyrənmənin innovativ potensialı" mövzusunda elmi seminarı keçirilib. Elmi seminarda layihə əsaslı öyrənmənin mahiyyəti, üstünlükləri, layihə metodunun yaranma tarixi, layihənin təsnifatı və onların növlərinin xüsusiyyətləri, Kiplinq metodunun layihə hazırlanmasında tətbiqi, layihə metodunun əhəmiyyəti vurğulanıb. "Hər şey planetin ekologiyası naminə: Kompost" adlı layihə nümunəsi dinləyicilərin nəzərinə çatdırılıb. Layihə şagirdlər arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyasını təbliğ etmək, ekoloji şüuru formalaşdırmaq məqsədi daşıyır.

Elmi seminarda kafedra müdiri dos. Anaxanım Yusifova və kafedranın professor-müəllim heyəti iştirak ediblər. Elmi seminar ətraflı müzakirə və təkliflərlə yekunlaşıb.

Search