Previous Next

"Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunmuş "Yaşıl dünya, sağlam gələcək!" adlı tədbir

7 may 2024-cü il tarixdə ADPU Kimya və biologiya fakültəsinin təşəbbüsü, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Zəminə Məlikovanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş “Yaşıl dünya, Sağlam gələcək” adlı tədbir baş tutmuşdur. 
Tədbiri açılış nitqi ilə açan Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva qonaqları salamlamış, bu günün ekoloji problemləri və onların həlli yollarına diqqət çəkmişdir. Tədbir Kimya və biologiya fakültəsinin tələbələrinin musiqili proqramı, rəqs nümunələri, səhnəciklərlə davam etmişdir. Tədbirdə M.Rəhim adına 7 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında “Green etilen” geyim sərgisi nümayiş olunmuşdur. Tədbir universitet rəhbərliyi, qonaqlar və tələbələr tərəfindən rəğbət qazanmış, belə tədbirlərin davamlı olması dilənmişdir.

Search