Previous Next

Kimya və biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı

16 may 2024-cü il tarixində Kimya və biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş Elmi konfransı baş tutmuşdur. Konfransın açılışını Kimya və biologiya fakültəsinin dekanı, konfransın sədri dos. Reyhan Ağayeva etmiş, Kimya və biologiya fakültəsi TEC-nin əhəmiyyəti, gördüyü işlər barədə məruzə etmiş və tələbələrə uğurlar diləmişdir. Daha sonra ADPU Tələbə Elmi Cəmiyyətinin sədri, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Kimya və biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri dos. Elnurə Səfərova çıxış edərək bu günə kimi TEC-nin gördüyü işlərdən, konfransın əhəmiyyəti, gedişatı və şərtləri barədə məlumatlar vermişlər. Daha sonra tələbələr konfransın bölmələri üzrə təyin olunmuş otaqlara təhkim olundular. Qeyd edək ki, konfrans Kimya, Biologiya və Ekologiya üzrə 3 bölmədən təşkil olunmuşdur. Kimya üzrə 50,Biologiya üzrə 47, Ekologiya bölməsi üzrə isə 39 tələbə və ümumilikdə 52 rəhbər iştirak etmişdir. Yekun olaraq hər bölmə üzrə I yer üçün 1 nəfər, II yer üçün 2 nəfər, III yür üçün isə 3 nəfər qalibin seçilməsi nəzərdə tutulmuşdur.

Search