Previous Next

Kimya və biologiya fakültəsində “Yaşıl düşüncəli həyat” adlı elmi seminar keçirilmişdir

Ulu öndər Heydər Əliyev və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl düşüncəli həyat” mövzusunda Elmi seninar
Kimya və biologiya fakültəsində Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti Həqiqət Hacıyevanın rəhbərliyi ilə “Yaşıl düşüncəli həyat” mövzusunda elmi seminar baş tutmuşdur. Seminar Kimya və biologiya fakültəsinin dekanı,dos. Reyhan Ağayevanın Yaşıl dünya naminə həmrəylik ili, müasir dövrdə ekoloji böhranlar və elmi seminarın tələbələrin maariflənməsində rolu ilə bağlı çıxışla başlamışdır. Daha sonra dos. Həqiqət Hacıyeva “Sülh dolu Yaşıl dünya”, Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova bu il ölkəmizdə keçiriləcək COP29-la bağlı məlumat verdikdən sonra, “Okean həyatının məhvinə səbəb olan iqlim dəyişikliyi”, fakültənin I kurs magistrantları Ayşən İsmayılova “Ulu öndər Heydər Əliyev nümunəsində şagirdlərə ekoloji tərbiyənin aşılanması” və Əfsanə Uluxanova “Plastik tullantılara yeni həyat” mövzularında məruzələr etmişlər.

Search