Previous Next

Kimya və biologiya fakültəsində əmək fəaliyyətini başa vurmuş qocaman müəllimlərlə görüş

ADPU Həmkarlar İttifaqı, Kimya və biologiya fakültəsinin təşəbbüsü və Biologiya və onun tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə bu il əmək fəaliyyətini başa vurmuş qocaman müəllimlərlə görüş keçirilmişdir. 

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev prof. Rauf Sultanov və dos. Həqiqət Hacıyevanın uzun illər universitetdə fəaliyyət və nəaliyyətlərindən söz açmış, fəxri fərmanla təltif etmişdir.

Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası  kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin professor-müəllim heyəti qocaman müəllimlərə uzun illər göstərdikləri fəaliyyətlərə görə təşəkkürünü bildirmiş, xatirələrini dilə gətirmiş, uğurlar diləmişlər.

Search