28.04.2025-ci il tarixində Kimya və biologiya fakültəsində dekan dos. Reyhan Ağayeva, dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri b.e.d.,dos.Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva və fakültənin professor-müəllim heyətinin iştirakı ilə fakültə Elmi Şurası baş tutmuşdur.
Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Elmi Şuranı açıq elan etmiş, 2024/25-ci tədris ilinin yekununda təcrübə komissiyasının və yekun dövlət attestasiya komissiyası üzvlərinin seçilməsi və təsdiqi, yekun dövlət attestasiya imtahan suallarının və biletlərinin təsdiqi məsələlərini şura iştirakçılarının nəzərinə çatdırmışdır. Dekan müavini dos. Bəsti Əsədova açıq dərslərin və elmi seminarların icrasının vəziyyəti və professor-müəllim heyətinin reytinq qiymətləndirməsinin nəticələri haqqında məlumat vermişdir. Dekan müavini dos. Kərim Quliyev professor-müəllim heyətinin və tədris köməkçi heyətin işə və tələbələrin dərsə davamiyyəti və tələbələrin fənn olimpiadalarına hazırlanması vəziyyəti haqqında məruzə etmişdir. Kafedra müdirləri prof.Əli Zalov, b.e.d.,dos. Anaxanım Yusifova, dos. Kəmalə İskəndərova 2024/25-ci tədris ilində kurs işlərinin icra vəziyyəti, IV və V tədris ili tələbələrinin Tədris təcrübəsinin gedişi haqqında məlumat vermişlər. Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri dos. Məhsəti Mirzəyeva TEC-in 2025-ci il konfransının təşkili və gedişat haqqında şura iştirakçılarını məlumatlandırmışdır. Daha sonra fakültə elmi katibi b.ü.f.d. Şəhla Abdullayeva Elmi Şuranın gündəliyində olan cari məsələləri elan etmişdir.