24.04.2025-ci il tarixində ADPU Kimya və biologiya fakültəsi ilə AR ETN Genetik Ehtiyatlar İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən fakültəmizin tələbələri dekan müavini dos.Bəsti Əsədovanın rəhbərliyi ilə AR ETN Genetik Ehtiyatlar İntitutunda təcrübə dərsində olmuşlar. Tələbələr institutun nəzdində fəaliyyət göstərən Genbank, İnsan genetikası laboratoriyası, Biokimya laboratoriyalarının iş prinsipi, aparılan təcrübələrlə yaxından tanış olmuş və təcrübələrin gedişatında iştirak etmişlər.