Previous Next

Kimya və biologiya fakültəsində elmi şura

06.03.2023-cü il tarixində Kimya və biologiya fakültəsinin dekanı dosent R.M.Ağayevanın rəhbərliyi ilə fakültə Elmi Şurası keçrilib. İclasda Kimya və biologiya fakültəsinin kafedra müdirləri, fakültə Elmi Şurasının üzvləri iştirak edib. İclası açıq elan edən  dos. R.M.Ağayeva ilk olaraq  2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Daha sonra dekan müavini dos. K.Ə. Quliyev 2022-2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə əsasən Kimya və biologiya fakültəsinin əyani şöbəsi üzrə dövlət sifarişli və ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüd verilməsi haqqında məlumat verib. Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. A.Ə.Yusifova, Ümumi kimya və KTT kafedrasının müdiri, fakültə dekanı, dos.R.M.Ağayeva pedaqoji təcrübənin gedişi haqqında iclas iştirakçılarını məlumatlandırıblar.Daha sonra fakültənin elmi katibi ,Biologiya və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, b.ü.f.d. Əsədova Bəsti cari məsələlərlə iclası davam etdirib. Sonda fakültə dekanı dosent R.M.Ağayeva fakültə əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə ,həmçinin qadın əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzu edib.

Search