Previous Next

Kimya və biologiya təmayüllü Respublika Liseyinin oranjereyasında blok dərs

05.04.23 cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının metodisti Zəminə Məlikovanın təşkilatçılığı ilə Kimya və biologiya təmayüllü Respublika Liseyinin oranjereyasında tələbələr Yusibov Müzadil və Mirzəyeva Məhsəti 9 a sinfində " Bioloji müxtəliflik. Azərbaycanın ekoloji problemləri" mövzusunda blok dərs keçmişlər. Açıq dərsdə Kimya və biologiya təmayüllü Respublika Liseyinin direktor müavinləri Ağakişiyev Aslan müəllim və Əliyeva Aytən xanım fənn müəllimi Əmmayeva Simuzər müəllim iştirak etmişlər. Açıq dərsdə Azərbaycanın qlobal problemi olan su ehtiyyatlarının tükənməsi məsələləri qabardıldı. Bu cür dərs canlı və maraqlı keçməyi ilə qalmayacaq, şagirdləri gələcəkdə dəyərli vətəndaş olmağa istiqamətləndirəcək.

Search