Previous Next

Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı

02.05.2023, 03.05.2023, 04.05.2023 tarixləri arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilmişdir. Konfransı Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan xanım Ağayeva  açıq elan etdi. Konfransda giriş nitqi ilə çıxış edən dos. Reyhan xanım TEC xətti ilə tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bildirib ki, son dövrlər atılan addımlar onu deməyə əsas verir ki,  tələbələrin hərtərəfli inkişafında fakültəmiz maraqlıdır.Gənclərin elm təhsil sahəsində də öz sözlərini əmin ifadə etmələri üçün əlimizdən gələni bundan sonra da edəcəyik. Konfransda çıxış edən prof. Əli Zalov qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinində ilk tələbə elmi cəmiyyəti 1940-cı ildə yaradılmışdır. İndi 100-illik yubileyini qeyd etdiyimiz doğma univrsitetimizdə TEC-də böyük ənənəyə malikdir. Bu gün universitetimizin maddi-texniki bazası zənginləşmiş, tələbələrin elmlərə yiyələnməsi üçün hər cür normal şərait yaradılmışdır. Konfransda dos. Namazov A. çıxış edərək tələbələrə uğurlar arzuladı. Sonda Kimya və biologiya fakültəsi Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi eyni zamanda Tələbə Elmi Cəmiyyətinin sədri Sevinc xanım Mehdiyeva çıxış edərək konfransın qaydalarını tələbələrin nəzərinə çatdırdı.
Bölmələrdə fərqlənən tələbələrə diplomlar və təşəkkürnamələr  təqdim edilib. Bütün iştirakçıları bir daha təbrik edirik.

Search