Previous Next

“Beynəlxalq Müəllimlər günü”

03.10.2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin və Zəminə Məlikovanın təşkilatçılığı ilə “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə "Müəllim ömrü" adlı tədbir təşkil olunmuşdur. Tədbiri fakültə dekanı dos. Reyhan xanım Ağayeva giriş sözü ilə açıq elan etdi. Daha sonra söz AMEA-nın Neft Kimya Prosesləri institutunun direktoru akademik Vaqif Abbasova verildi. O öz çıxışında bu sözləri səsləndirdi: “Təkcə bilik öyrətmir müəllim, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur. Keçdiyimiz həyat yolunda çoxlu insanlarla qarşılaşırıq. Bəzilərini unuduruq yaddaşımızın labirintində, amma elə insanlar var ki, onları xatırlamamaq mümkün deyil. Müəllimlərimiz - bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmalarımız! Onlar bizim parlaq sabahımızın təməlidir!” Tədbirdə 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman müəllimlər də anıldı. Tədbir “müəllim andı” ilə sona çatdırıldı.

Search