Fakültəmizin əməkdaşı TKTA tərəfindən kvalifikasiyaların tanınması mövzusunda təşkil olunmuş forumda iştirak edib.
17 noyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı forum təşkil edilib. Kimya və Biologiya fakültəsinin “Biologiya və onun tədrisi texnologiyası” kafedrasının baş
müəllimi ,b.ü.f.d Şəbnəm Əsədova da forumda iştirak etmişdir. Forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların, həmçinin, qeyri-formal və informal təhsil yolu ilə əldə edilmiş bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə bu sahədə baş verən rəqəmsallaşmanın və tətbiq olunan yeniliklərin müzakirəsini təşkil etməkdir. Forumda Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, həmçinin spiker qismində beynəlxalq ekspertlər Türkiyə Respublikasının Ali Təhsil Şurasının İdarə heyətinin üzvü Hüseyin Karaman, Türkiyə Respublikası Peşə Klavikasiyaları Agentliyinin sədri Mustafa Necmi İlhan və Beynəlxlq Klavikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının prezidenti Marina Malgina öz təcrübələrini forum iştirakçıları ilə paylaşmışlar.