Fakültəmizin əməkdaşı “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” adlı konfransda iştirak edib.
20 noyabr 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” adlı konfrans təşkil edilib.
Konfransın əsas məqsədi Azərbaycanda ümumi təhsildə xarici və daxili keyfiyyət təminatı istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələrin paylaşılması, bu sahədəki qabaqcıl təcrübələrin öyrənilməsi, həmçinin ümumi təhsildə keyfiyyət təminatının mühüm aspektləri ətrafında müzakirələrin təşkil edilməsidir.
Konfransda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli, nazirliyin səlahiyyətli nümayəndələri, yerli ümumi, orta və ali təhsil müəssisələrinin rəhbərləri və digər aidiyyəti qurumların nümayəndələri, eləcə də bu sahə üzrə beynəlxalq və yerli ekspertlər yer alıb.
Tədbirdə ATM-lərin keyfiyyət təminatı üzrə ekspert, Kimya və Biologiya fakültəsinin “Biologiya və onun tədrisi texnologiyası” kafedrasının baş müəllimi Şəbnəm Əsədova da iştirak etmişdir.