Previous Next

Məzun tələbəmizin iştirakı ilə fakültəmizdə açıq dərs keçirildi

27.11.2023-cü il tarixində Kimya və biologiya fakültəsi, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs BİO2001B,BİO2002B,BİO2003B qrup tələbələrinə BTM-2 mühazirə dərsindən açıq dərs tədris olunmuşdur. Dərsi 2023-cü ildə biologiya müəllimliyi ixtisası üzrə məzun olmuş və Erasmus proqramı ilə Danimarkada təcrübə qazanmış, hal-hazırda Azərbaycan Universiteti MBA, Marketinq tədris ingilis dilində təhsil alan Rəvan İdrisli, "İnklüzivlik" mövzusunda geniş miqyasda mühazirə keçirmişdir. Mühazirədə Biologiya və onun tədrisi texnologiyası kafedrasının professor-müəllim heyəti- dos. Anaxanım Yusifova, dos. Gülşən Hacıyeva,dos. Elnurə Səfərova, dos. Sabiyə Cəbrayılzadə, dos. Zülfiyyə Zeynalova, dos. Rafiq Əmrahov, b.ü.f.d.,baş müəllim İmran Kazımov və baş müəllim Gültəkin İsmayılova iştirak etmişlər.

Search