01.12.2023-cü il tarixində Kimya və biologiya fakültəsinin növbəti fakültə Elmi Şurası keçirilib. İclası açıq elan edən dekan dosent R.M.Ağayeva şura iştirakçılarına 2023/2024-cü tədris ilinin payız semestri qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə, həmçinin fakültənin nizam-intizam qaydaları haqqında ətraflı məlumat verdi. Daha sonra elmi katib b.ü.f.d. B.Q.Əsədova magistratura pilləsinə qəbul olmuş magistrantların dissertasiya mövzuları və elmi rəhbərlərinin siyahısını, Kimya və biologiya fakültəsi üzrə buraxılış işləri mövzuları və elmi rəhbərlərinin siyahısını təqdim etdi. Mövzular iclasda geniş müzakirə olunaraq qənaətbəxş hesab olundu. İclas cari məsələlər ilə davam etdirildi, fikirlər dinlənildi.