Previous Next

Kimya və biologiya fakültəsinin təcrübəçi tələbələri tərəfindən keçirilmiş intellektual yarış

13 mart 2024-cü il tarixində Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya və Biologiya" və "Tarix və Coğrafiya"  fakültəsinin təcrübəçi tələbələri tərəfindən “Yaz gəlsin!" intellektual bilik yarışması təşkil olunmuşdur. Yarışmada 3 mərhələ üzrə  7 qrup iştirak etmiş, final mərhələsində yekun ballara əsasən  3 qrup iştirak etmək hüququ qazanmışdır.
Birinci yerə çıxan komandanın hər bir üzvünə medallar və sertifikatlar təqdim edildi. 2-ci və 3-cü yeri tutan qrup üzvlərinə də müvafiq sertifikatlar təqdim olundu.
Yarış zamanı finala çıxa bilməyən şagirdlərə həvəsləndirici hədiyyələr verildi. Sonda tələbələr intellektual yarışın təşkili zamanı  göstərdikləri dəstəyə görə Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzovaya və müəllim kollektivinə, həmçinin ADPU-nun  müəllimi, metodist Rumiyyə Camalovaya təşəkkürlərini bildirmişlər.
 

Search