Previous Next

Kimya və biologiya fakültəsi yeni əməkdaşlıqlara yol açır

 
Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və biologiya fakültəsi təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq məqsədilə təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi və təhsilin inteqrasiyasının gücləndirilməsi yolunda addımlamaqda davam edir. Bu məqsədlə Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva ARETN Botanika İnsitutunun baş direktoru prof. Səyyarə İbadullayeva, ARETN Mikrobiologiya İnstitutunun baş direktoru prof. Pənah Muradov və AMEA Dendrologiya İnstitutunun baş direktoru b.ü.f.d, dos. Minarə Həsənova ilə görüş keçirmişdir. Görüşdə ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri prof.Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və KTT kafedrasının müdiri dos. Kəmalə İsgəndərova, dekan müavini dos. Kərim Quliyev, dekan müavini dos. Bəsti Əsədova və ARETN Botanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhsəti Qurbanova da iştirak etmişlər. Aparılan söhbətlər zamanı əməkdaşlığın gələcək perspektivləri, yaradılacaq imkanlar barədə geniş müzakirələr aparılmışdır.

Search