19 mart 2024-cü il tarixində ADPU Kimya və biologiya fakültəsi ilə BMTBETİ Abşeron Təcrübə Stansiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş Abşeron Təcrübə Stansiyasının direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayevin Kimya və biologiya fakültəsində “Bitkilərin virus, mikoplazma, bakterial, göbələk xəstəlikləri” mövzusunda elmi seminarı baş tutmuşdur. Qeyd edək ki, 2024-cü ildə ADPU Kimya və biologiya fakültəsi ilə BMTBETİ Abşeron Təcrübə Stansiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Seminarda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimləri dos. Alı Namazov, dos. Sabiyə Cəbrayılzadə, b.ü.f.d. İmran Kazımov, baş müəllim Gültəkin İsmayılova, baş müəllim İradə Məmmədova, baş müəllim Dilşad Sadıqova, Kimya və biololgiya fakültəsi mətbuat katibi Gültəkin Ərəbova və Kimya və biologiya fakültəsinin IV kurs tələbələri iştirak etmişlər. Seminarda Abşeron Təcrübə Stansiyasının direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayev bitkilərdə yayılmış xəstəliklərdən, xəstəlik patologiyalarından, onların məhsuldarlığa vurduğu ziyanların fonunda yaranan qida çatızmamazlığı, aşağı məhsuldarlığın ölkə iqtisadiyyatına vurduğu zərərlərdən söz açmış, onların yaranma səbəbləri barədə məlumatlar əldə edilmiş, səbəblərin içərisində hər il dəyişən ekoloji faktorların rolu və onların həlli yolları barədə müzakirələr aparılmışdır.