Previous Next

Biologiya və onun tədrisi texnologiyası kafedrasında açıq dərs qismində blok dərs

28 mart tarixində Kimya və biologiya fakültəsi Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimləri Sevinc Mehdiyeva və Zəminə Məlikova tərəfindən VII sinif “Birhüceyrəlilər yarımaləmi. Sarkomastiqoforlar və infuzorlar tipi” mövzusuna dair tədrisin təşkili və keçirilməsi metodikası mövzusunda açıq dərs qismində blok dərs baş tutmuşdur. Açıq dərsdə dinləyici qismində Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimləri dos. Əliyənnağı Məhərrəmov, dos. Gülşən Hacıyeva, baş müəllim Dilşad Sadıqova iştirak etmişlər. Açıq dərs zamanı mövzu Biologiyanın tədrisi metodikası Sevinc Mehdiyeva , Zoologiya hissəsi isə Zəminə Məlikova tərəfindən inteqrasiya edilərək keçirilmişdir. Tələbələrin qruplarla işi təşkil olunmuş, təqdimatları dinlənilib, qiymətləndirilmişdir. Sonda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri Anaxanım Yusifova açıq dərs haqqında fikirlərini bildirmiş, hər kəsə tədris prosesində uğurlar diləmişdir.

Search