Previous Next

Kimya və biologiya fakültəsində “Açıq zəka” proqramının məlumatlandırma sessiyası keçirilmişdir

8 aprel 2024-cü il tarixdə Kimya və biologiya fakültəsinin tələbələri ilə “Açıq zəka” proqramının maarifləndirmə sessiyası keçirildi. Tələbələrlə görüşdə layihənin təsisçi və rəhbəri, innovativ həllər üzrə konsultant, AİKTA-nın üzvü Mübariz Qasımov, Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Zəminə Məlikova və Kimya və biologiya fakültəsinin tələbələri iştirak etmişlər. Açılış nitqini edən Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova “Açıq zəka” proqramının məzmun və məqsədini açıqladıqdan sonra, layihə rəhbəri Mübariz Qasımov layihənin faydaları,əsas hədəfləri, layihə çərçivəsində görüləcək işlər barədə məlumat vermişdir. Görüş tələbələrlə diskussiya ilə başa çatmışdır.

Search