Previous Next

"Biomüxtəlifliyin və genetik ehtiyyatların qorunması" mövzusunda elmi seminar

22 aprel 2024-cü il tarixində ADPU Kimya və biologiya fakültəsi ilə BM və TBETİ Abşeron Təcrübə Stansiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Abşeron Təcrübə Stansiyasının baş direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayevin “Biomüxtəlifliyin və genetik ehtiyyatların qorunması” mövzusunda elmi seminarı baş tutmuşdur. Seminarda Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Kimya və biologiya fakültəsi mətbuat katibi Gültəkin Ərəbova və Kimya və biologiya müəllimliyi ixtisası III kurs tələbələri iştirak etmişlər. Seminarda Abşeron Təcrübə Stansiyasının direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayev Azərbaycanda mövcud biomüxtəliflik, onun qorunması, genetik ehtiyatların toplanması və qorunması barədə mühazirə demiş, tələbələrlə diskussiya formasında müzakirələr aparmışdır.

Search