Previous Next

ADPU-nun müəllimi Litvanın Vytautas Magnus Universitetində

 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru  Bəsti Əsədova Erasmus+ mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində keçirilən beynəlxalq həftədə iştirak edib.
22-27 aprel tarixlərində davam edən beynəlxalq həftədə ADPU-nun müəllimi Bəsti Əsədova Genetika və biotexnologiya üzrə 8 saat dərs tədris etmiş, sonda sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, 5 noyabr 2022-ci il tarixində Litvanın Vytautas Magnus Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Erasmus+ proqramı çərçivəsində (Fəaliyyət 1) tələbə/heyət mobilliyini həyata keçirmək məqsədilə müəssisələrarası müqavilə imzalanıb.

Search