Previous Next

Kimya və biologiya fakültəsində növbəti elmi şura keçirilmişdir

Kimya və biologiya fakültəsində növbəti fakültə elmi şurası keçirilmişdir.

30 aprel 2024-cü il tarixində Kimya və biologiya fakültəsində dekan dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova, dekan müavini dos. Kərim Quliyev, kafedra müdirləri və fakültə elmi şurasının üzvləri ilə növbəti fakültə elmi şurası keçirilmişdir. Dekan dos. Reyhan Ağayeva fakültə elmi şurasını açıq elan etmiş, normativ təhsil müddəti 4il olan ixtisaslar üzrə tədris ilinin yekununda təcrübə komissiyasının və yekun dövlət attestasiya komissiyası üzvlərini elan etmişdir. Dekan müavini dos. Bəsti Əsədova  açıq dərslərin və elmi seminarların icrasının vəziyyəti haqqında,22-26 aprel tarixində Erasmus+ proqramı çərçivəsində Litvada Vaytaus Magnus Unversitetində beynəlxalq müəllim həftəsində tədris etdiyi 8 saatlıq auditoriya dərsləri  və təlimlər barədə ,2023/2024-cü tədris ilində buraxılış işlərinin icra vəziyyəti haqqında, həmçinin TEC sədri dos. Elnurə Səfərova konfransa hazırlığın vəziyyəti haqqında, dekan müavini dos. Kərim Quliyev 26.04.2024 tarixində keçirilən olimpiadanın nəticələri və professor-müəllim heyyətinin, tələbələrin davamiyyəti haqqənda məlumat vermişdirlər. Daha sonra fakültənin elmi katibi b.ü.f.d. Şəhla Abdullayevanın cari məsələləri elan etməsi ilə şura davam etmişdir.

Search