Previous Next

Azərbaycan Dövlət Pedaqoji Kollecin heyəti ADPU-nun qonağı oldu

24.05.2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) öz tələbə-müəllim heyəti ilə ADPU-nun qonağı olub. Tədris Departamentinin direktoru dos.Sənan Əliyev və Elmi-təşkilati şöbənin müdiri prof. İbrahim Bayramov ADPK-nın heyəti və tələbələrlə görüşdükdən sonra, Kimya və biologiya fakültəsində qonaqlara elmi seminar keçirilmişdir. Seminarda Məzun koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova, Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva qonaqları salamlamış, ADPU-nun tarixi,Kimya və biologiya fakültəsinin keçmişi və bu gunu,”Yaşıl dünya naminə həmrəylik ili”, COP29-la bağlı qonaqları məlumatlandırmışdır. Daha sonra Kimya və biologiya fakültəsinin dekan müavini dos. Bəsti Əsədova, müəllim Zəminə Məlikova, Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru , professor Həcər Hüseynova müxtəlif maraqlı mövzularda təqdimatlarla çıxışlar etmişlər. Seminarda həmçinin ADPU Kimya və biologiya fakültəsinin dekan müavini dos. Kərim Quliyev, ADPK-nın İnklüziv təhsil şöbəsinin şöbə müdiri Aygün Quliyeva, Məktəbəqədər təhsil şöbəsinin müdiri Mətanət İsmayılova, Tədris şöbəsinin tyutoru Aidə Səttərova da iştirak etmişlər. Daha sonra Məzun koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova qonaqları universitetin iş fəaliyyəti, Heydər Əliyev Mırkəzi, Elektron kitabxana,Zooloji muzeylə tanış etmiş, Ümumi kimya və KTT kafefrasının müəllimi Könül Əliyevanın hazırladığı maraqlı kimyəvi təcrübələri seyr etmiş,birlikdə xatirə şəkli çəkdirmişlər.

Search