Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dekan müavini, Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, b.ü.f.d. Bəsti Əsədova Erasmus+ mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində keçirilən beynəlxalq həftədə iştirakı zamanı qazandığı təcrübələri hesabat formasında fakültənin professor-müəllim heyəti ilə paylaşıb.
22-26 aprel tarixlərində davam edən Beynəlxalq Müəllim həftəsində ADPU-nun müəllimi Bəsti Əsədova Genetika və biotexnologiya üzrə 8 saat dərs tədris etmiş, sonda sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, 5 noyabr 2022-ci il tarixində Litvanın Vytautas Magnus Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Erasmus+ proqramı çərçivəsində (Fəaliyyət 1) tələbə/heyət mobilliyini həyata keçirmək məqsədilə müəssisələrarası müqavilə imzalanıb.