Previous Next

Kimya və biologiya fakültəsində “Bitki sağlamlığında yeni yanaşmalar” mövzusunda elmi seminar keçirilmişdir

29 may 2024-cü il tarixində ADPU Kimya və biologiya fakültəsi ilə BM və TBETİ Abşeron Təcrübə Stansiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən Abşeron Təcrübə Stansiyasının baş direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayevin “Bitki sağlamlığında yeni yanaşmalar” mövzusunda elmi seminarı baş tutmuşdur. Seminarda Kimya və biologiya fakültəsinin dekanı dos.Reyhan Ağayeva,dekan müavini dos.Kərim Quliyev, dekan müavini dos.Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova, fakültə mətbuat katibi Gültəkin Ərəbova, Kimya və biologiya fakültəsinin çoxsaylı professor-müəllim heyəti iştirak etmişlər. Dekan müavini dos. Bəsti Əsədova seminarı açılış nitqi ilə açaraq hər kəsi saıamlamış, elmi seminarların keçirilməsinin, tədqiqat institutları ilə əməkdaşlıqların əhəmiyyətini vurğulayaraq, yeni imzalanmış memorandumları elan etmiş və sözü dos. Cəbrayıl Ağayevə vermişdir. Seminarda Abşeron Təcrübə Stansiyasının direktoru a.e.e.d, dos. Cəbrayıl Ağayev bitkilərdə geniş yayılmış xəstəliklərdən, Azərbaycanda mövcud biomüxtəlifliyin qorunması, bu məqsədlə işlənmiş yeni yanaşmalardan bəhs etmiş, müzakirələr aparmışdır. Sonda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva BM və TBETİ Abşeron Təcrübə Stansiyası ilə əməkdaşlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirmiş, Cəbrayıl müəllimə təşəkkürünü bildirmişdir.

Search